Agile transformasiya üzrə Türkiyənin qabaqcıl təşkilatları ilə təcrübə mübadiləsi!

Partnyorumuz Your Personal Consultant (YPC Group) şirkəti ilə birgə Türkiyənin aparıcı təşkilatları arasında təcrübə mübadiləsi üzrə tarafdaşlığa başlamışıq. Bu əməkdaşlıq bizim beynəlxalq miqyasda fəaliyyətimizi genişləndirməyə imkan verərək müştərilərimizə və tərəfdaşlarımıza daha yaxşı xidmət göstərməyi mümkün edir. İlk olaraq, tərəfdaşımız Yelo Bankin rəhbər heyəti üçün Turkcell, Türkiye İs Bankası, İNG Türkiyə, Intertech kimi Türkiyənin aparıcı təşkilatlarının Agile transformasiyası üzrə təcrübə mübadiləsini hayata keçirdik.

İndiki çevik va sürətli qərar qəbuletmə yanaşmasını tələb edən mühitdə şirkətlərin transformasiyası qaçılmazdır. Agile transformasiya üzrə təcrübə mübadiləsini bütün dəyərli müştərilərimizə və tərəfdaşlarımıza böyük məmnuniyyətlə təqdim edəcəyik. Aparıcı təşkilatların  agile ilə bağlı keçdikləri yol ilə ilkin mənbələrdən tanış olmaq və şirkətinizdə agile transformasiya potensialını reallaşdırmaq üçün bizə qoşulun.

Agile transformasiyaya hazırmısınız? Növbəti təlim səfərinə qoşulmaq və təşkilatınızın  gələcəyini transformasiya etmək üçün bizimlə əlaqə saxlayın.

Aug 2023